15:20 08-05-2021
news_image
56
FUTBOL

Satılmır – De Liqt

İtaliyanın “Yuventus” klubu futbolçusu Matiys de Liqtlə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi müdafiəçi satmaqdan imtina edib.

A seriyası təmsilçisi son 10 gündə De Liqtin transferi ilə bağlı iki təklif alıb. “Barselona” və “Çelsi” müdafiəçinin xidmətində maraqlıdır.

Lakin “Yuventus” bu təklifləri rədd edib. Futbolçunun özü də İtaliya klubunda qalmaq istədiyini açıqlayıb.