15:36 08-05-2021
news_image
106
AVRO-2020

AVRO-2020-nin kubokunun Bakı gəzintisi davam edir - FOTOSESSİYA

Avropa çempionatının kubokunun Bakı səfəri davam edir.

Apasport.az saytının məlumatına görə, bu il keçiriləcək AVRO-2020-nin qalibinə təqdim olunacaq mükafat Azərbaycan paytaxtının müxtəlif nöqtələrində təqdim edilib.

İki gündür Bakıda olan kubok azarkeşlərə də nümayiş olunub. Kubok turunda mükafatı müşayiət edən AVRO-2020-nin maskotu “Skillzi”də şəhəri gəzib.

Qeyd edək ki, bu gün Bakı turunu başa vuracaq kubok Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.