15:55 08-05-2021
news_image
838
FUTBOL

“Turan Tovuz”da audit yoxlaması aparılacaq - EKSKLÜZİV

Birinci divizion klubu “Turan Tovuz”da audit yoxlaması aparılacaq.

Bu barədə apasport.az saytına AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Tovuz təmsilçisinin Premyer Liqada iştirak üçün təqdim etdiyi sənədlərdə problemlər aşkarlanıb. Üstəlik, bölgə klubu audit sənədlərini də verməyib: “Audit sənədləri təqdim olunmadığı üçün yay aylarında “Turan Tovuz” klubuna audit yoxlamasının göndərilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, “Turan Tovuz”a Premyer Liqada iştirak üçün lisenziya verilməyib.