17:36 08-05-2021
news_image
81
AVRO-2020

AVRO-2020-ni buraxa bilər – PSJ-nin futbolçusu

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti sıradan çıxıb.

Apasport.az saytının məlumatına görə, İtaliya millisinin üzvü dizindən xəsarət alıb.

İlkin tibbi müayinə zamanı ulduz futbolçunun diz bağlarının zədələnməsi şübhəsi yaranıb. Bu diaqnoz təsdiqlənsə, Verratti AVRO-2020-ni buraxmalı olacaq. Dəqiq diaqnoz sabah məlum olacaq.

Qeyd edək ki, İtaliya millisi 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatında Türkiyə, İsveçrə və Uelslə eyni qrupda yer alır.