22:14 08-05-2021
news_image
109
FUTBOL

Levandovski 200-ə çatdı – “Bavariya”da

Robert Levandovski Bundesliqada “Bavariya”nın heyətində 200-cü qolunu vurub.

Apasport.az saytının məlumatına görə, Mönhenqladbax təmsilçisi ilə hazırda davam edən oyunda (6:0) vurduğu ikinci top hücumçu üçün yubiley xarakteri daşıyıb.

Polşalı legioner Almaniya Bundesliqası tarixinə eyni klubda 200 və daha çox qol vuran 2-ci oyunçu kimi düşüb. Onadək bunu Herd Müller bacarıb. Əfsanəvi forvard “Bavariya”da 365 dəfə fərqlənib.

Qeyd edək ki, “Bavariya” tarixində 31-ci dəfə Almaniya çempionu olub.