20:04 09-05-2021
news_image
350
FUTBOL

Premyer Liqa tarixində rekord – penalti sayına görə

İngiltərə Premyer Liqasının XXXV turunda “Aston Villa” üzərində səfər qələbəsi qazanan “Mançester Yunayted” (3:1) çempionluq şansını qoruyub.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın penaltidən vurduğu ilk qol əlamətdar olub.

53-cü dəqiqədə fərqlənən Bruno Fernandeş cari mövsüm Premyer Liqada ümumilikdə 113-cü penaltini yerinə yetirib. Bu da İngiltərə yüksək liqası tarixində ən yüksək göstəricidir. Buna qədər rekord 2006/07 mövsümündə vurulan 112 penalti zərbəsi idi.

Qeyd edək ki, aktivində 70 xalı olan “Mançester Yunayted” lider “Mançester Siti”dən 10 xal geri qalır.