19:55 09-05-2021
news_image
487
FUTBOL

“Sabah” bitdi – bu gün

Azərbaycan Premyer Liqasında çıxış edən daha bir komandanın avrokuboklara vəsiqə ümidi puç olub.

Apasport.az saytının məlumatına görə, “Səbail” və “Qəbələ”dən sonra “Sabah”ın da növbəti mövsüm Avropa arenasında olmayacağı rəsmiləşib.

Bu gün XXVI tur çərçivəsində keçirilən “Zirə” – “Qəbələ” görüşünün nəticəsi “Sabah”ın olan-qalan şansının da üstündən xətt çəkib. Öz meydanında qolsuz bərabərə qalan 4-cü pillənin sahibi “Zirə” “Sabah”la aradakı xal fərqini 10-a yüksəldib. Bu isə o deməkdir ki, ikincilər son 3 turda qələbə qazansa belə, artıq ilk “dördlüy”ə düşə bilməyəcək.

Qeyd edək ki, “Neftçi” və “Qarabağ” avrokuboklara vəsiqəni rəsmiləşdiribsə, digər iki yerə “Sumqayıt”, “Zirə” və ölkə kubokunun finalçısı “Keşlə” iddia edir.