20:24 09-05-2021
news_image
288
FUTBOL

“Sabah” – “Qarabağ” oyunu dayandırıldı – SƏBƏB

Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Qarabağ” oyununda gözlənilməz hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, yenicə start götürən qarşılaşma 5-ci dəqiqədə dayandırılıb.

Buna səbəb stadionun projektorunun sönməsi olub. Bu səbəbdən baş hakim Rauf Cabarov problemin həll olunması üçün görüşü dayandırmalı olub. Təxminən 3 dəqiqə oyun dayandırılsa da, sönən projektor yanmayıb.

Buna rəğmən referi hər iki komanda ilə məsləhətləşdikdən sonra matçın davam etdirilməsini qərara alıb.