22:48 09-05-2021
news_image
129
FUTBOL

15 ildən sonra bacarmadı – Lionel Messi

“Barselona”nın kapitanı Lionel Messi cari mövsüm La Liqada “Atletiko” və “Real”la matçlarda fərqlənə bilməyib.

Apasport.az saytının məlumatına görə, argentinalı bununla mövsüm ərzində Madrid təmsilçiləri ilə görüşləri qolsuz başa vurub.

Bu isə son 15 ildə ilk dəfə baş verən hadisədir. Leo buna qədər axırıncı dəfə 2005/06 mövsümündə madridlilərlə oyunları boş keçirmişdi. 34 yaşlı oyunçu 28 qolla hazırda La Liqada bombardirlər yarışına başçılıq edir.

Qeyd edək ki, bu mövsüm “Real”a hər iki oyunda uduzan (1:3, 1:2) “Barselona” “Atletiko”ya birinci dövrədə 0:1 hesabı ilə məğlub olduqdan sonra XXXV turda qolsuz bərabərə qalıb.