23:12 09-05-2021
news_image
176
FUTBOL

Mövsümü başa vurdu? – Serxio Ramos

“Real”ın kapitanı Serxio Ramos La Liqada mövsümün son 4 matçında komandasına kömək etməyə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb 35 yaşlı müdafiəçinin yenidən zədələnməsidir.

Yenicə sıraya dönməsinə baxmayaraq, sol ayaq əzələsindən növbəti dəfə zədələnən İspaniya millisinin üzvünün sağalma prosesi barədə məlumat verilməyib. Onun meydana çıxması AVRO-2020-yə yollanma riskini artırır. Bu səbəbdən Ramosun qalan görüşlərdə iştirak etməyəcəyi bildirilir.

Qeyd edək ki, cari mövsüm La Liqada 15 oyunda 2 qol vuran Serxio Ramosun müqavilə müddəti yaya qədərdir.