00:03 10-05-2021
news_image
139
FUTBOL

Xərçəngə qalib gəldi, meydana döndü - Bamba

İngiltərə Çempionşipinin son turu sevindirici hadisə ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, “Kardiff”in futbolçusu Sol Bamba ağır xəstəlikdən döndükdən sonra ilk matçına çıxıb.

Xərçəng xəstəliyinə qalib gələn 36 yaşlı mərkəz müdafiəçisi “Roterham Yunayted”lə qarşılaşmanın son dəqiqəsində meydana daxil olub. Bu isə Fil Dişi Sahili millisinin komanda üzvləri tərəfindən sevinclə qarşılanıb.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan Sol Bamba 2016-cı ildən “Kardiff”də çıxış edir.