00:46 10-05-2021
news_image
226
TOP OYUNLARI

Forması rekord qiymətə satıldı – Cordanın

Əfsanəvi basketbolçu Maykl Cordanın forması rekord qiymətə satılıb.

Apasport.az saytının məlumatına görə, onun 1982-83 mövsümündə geyindiyi “Şimali Karolina Tar Heels” forması auksionla satışa çıxarılıb. Nəticədə forma 1 milyon 380 min dollara satılaraq, yeni rekorda müəyyənləşdirib. Buna qədər də rekord məhz Cordana məxsus idi. Onun 1986-87 mövsümündə geyindiyi “Çikaqo” forması ötən ilin oktyabrında 480 min dollara satılıb.

Qeyd edək ki, 6 dəfə MBA çempionu olan Maykl Cordan karyerasını 2003-cü ildə “Vaşinqton Uizards”da başa vurub.