10:14 10-05-2021
news_image
249
FUTBOL

Həsrət bitdi – 10 ildən sonra

İtaliyanın “Milan” klubunun “Yuventus”la səfər matçlarındakı həsrəti başa çatıb.

Apasport.az saytının məlumatına görə, “rossonyeri” A seriyasının XXXV turunda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Milanın eyniadlı təmsilçisi çempionat oyunlarında 10 il idi Turində “ağ-qaralar”a qalib gələ bilmirdi. Sonuncu belə uğur 2011-ci ilin martına təsadüf etmişdi. 10 il əvvəl qonaqlar 1:0 hesabı ilə qələbə qazanıb.