11:03 10-05-2021
news_image
518
FUTBOL

Çempionun 20 rəqibi – “Qarabağ”la “Neftçi”ni gözləyənlər

Çempionlar Liqasının I təsnifat mərhələsində iştirak edəcək daha iki klub bəlli olub.

Apasport.az saytının məlumatına görə, Xorvatiya “Dinamo”su ilə Bolqarıstan “Lüdoqorets”inin püşkatmada səpələnmişlərdən olacağı da dəqiqləşib.

Bununla da yarışa I təsnifat mərhələsindən başlayacağı dəqiqləşən komandaların sayı 19-a çatıb. Daha bir klub ilkin mərhələdən başlayacaq.

Bu 20 iştirakçı Azərbaycan çempionu – “Qarabağ” və ya “Neftçi” üçün potensial rəqib sayılır. Düzdür, onlardan bəziləri səbətlərə görə ilk raundda rəqib olmaya bilər. Amma istənilən halda növbəti mərhələlərdə qarşılaşmaq mümkündür.

İlkin mərhələ
Qeyri-müəyyən
“HB Torshavn” (Farer adaları)

I təsnifat mərhələsi
Səpələnmişlər
“Dinamo” (Xorvatiya)
“Olimpiakos” (Yunanıstan)
“Srvena Zvezda” (Serbiya)
“Lüdoqorets”  (Bolqarıstan)
“Malmö” (İsveç)
“Legiya” (Polşa)
“Ferensvaroş” (Macarıstan)
“Şkendiya” (Şimali Makedoniya)

Qeyri-müəyyənlər
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Jalgiris” (Vilnüs, Litva)
“Flora” (Estoniya)
“Buduçnost” (Monteneqro)
“Kayrat” (Qazaxıstan)
HİK (Finlandiya)
“Riqa” (Latviya)
“Şaxtyor” (Belarus)

Səpələnməmişlər
“Şemrok Rovers” (İrlandiya)
“Valyur” (İslandiya)
“Bodo Qlimt” (Norveç)
“Hamrun” (Malta)