11:21 10-05-2021
news_image
105
FUTBOL

Millinin sabiq baş məşqçisindən ilk - Premyer Liqanı tərk etdi

İngiltərə millisinin sabiq baş məşqçisi Sem Ellerdays karyerasında xoşagəlməz ilklə üzləşib.

Apasport.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis 30 illik məşqçilik karyerasında ilk dəfə komandası ilə Premyer Liqanı tərk edib.

Bu, “Vest Bromviç”in Çempionşipə yuvarlanması ilə gerçəkləşib. XXXV turda “Arsenal”a məğlub olan (1:3) komanda Premyer Liqada qalmaq şansını itirib.

Sona üç tur qalmış 26 xala malik “Vest Bromviç” 19-cu sırada qərarlaşıb. Komandanı Premyer Liqada qalmaq hüququ verən 17-ci yerdən 10 xal ayırır.

Qeyd edək ki, daha öncə “Şeffild Yunayted”in Premyer Liqanı tərk edəcəyi rəsmiləşib.