11:32 10-05-2021
news_image
179
FUTBOL

Yubiley qolu – Mahir Emrelidən

Mahir Emreli “Qarabağ”ın heyətində 70-ci qoluna imza atıb. 

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XXVI turuna təsadüf edib. 

“Sabah”la görüşdə (4:0) fərqlənən hücumçu Ağdam təmsilçisində yubiley qoluna sevinib. 2015/16 mövsümündən “Qarabağ”da çıxış edən Mahir bu qollardan 58-ni Premyer Liqa, 7-sini ölkə kuboku, 5-ni avrokuboklarda rəqib qapısından keçirib.

“Sabah”la qarşılaşmadakı qol Emrelinin cari mövsüm Premyer Liqada 17-ci topu olub. Bununla da forvard karyerasının mütləq rekorduna imza atıb. O, 16 qola sevindiyi 2018/19 mövsümündəki göstəricisini arxada qoyub.