11:56 10-05-2021
news_image
289
FUTBOL

10 ilin rekordunu vurdu – “Neftçi”

Azərbaycan Premyer Liqasının XXVI turunda “Səbail”ə 4:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümdə 5-ci böyükhesablı qələbəsini qazanıb. 

Apasport.az saytının məlumatına görə, bu, Bakı klubu üçün son 10 ildə rekord göstəricidir. 

Paytaxt təmsilçisi 2010/11 mövsümündən sonra bu qədər böyükhesablı qələbə qazanmamışdı. Həmin il “ağ-qaralar” 6 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. Bakılıların mütləq rekordu isə 1992-ci ildə qeydə alınıb. Həmin vaxt komanda 14 dəfə rəqibini böyük fərqlə məğlubiyyətə edib.

Qeyd edək ki, “Neftçi” cari mövsümdə “Qəbələ” (4:1), “Zirə” (4:0) və “Keşlə”ni (3:0) bir, “Səbail”i iki (4:0, 4:0) dəfə böyük hesabla üstələyib.