22:51 10-05-2021
news_image
198
FUTBOL

İki müqavilə - “Milan”da

İtaliyanın “Milan” klubu iki futbolçusu ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, bunlar yarımmüdafiəçi Frenki Kessye və müdafiəçi Davide Kalabriyadır.

Klub rəhbərliyi oyunçuların agentləri ilə danışıqlara başlayıb. Yaxın günlədə tərəflər görüşərək yeni anlaşmaları müzakirə edəcək.

Hər iki futbolçunun klubda qalmağa müsbət yanaşdığı bildirilir. Bu üzdən də tərəflərin qısa müddətdə anlaşacağı gözlənilir.