13:52 10-05-2021
news_image
91
FUTBOL

Mövsümün sonunu görməyə bilər – Pirlo

İtaliyanın “Yuventus” klubu baş məşqçisi Andrea Pirlonu istefaya göndərmək üçün mövsümün sonunu gözləməyə bilər.

Apasport.az saytının məlumatına görə, uğursuzluqlardan narazı qalan klub rəhbərliyi A seriyasının sonuna üç tur qalmış baş məşqçi ilə vidalaşmaq niyyətindədir.

Evdə “Milan”a 0:3 hesablı məğlubiyyətdən sonra Turin təmsilçisinin planları də bəllidir. “Yuventus” rəhbərliyi son üç turda komandaya İqor Tudorun rəhbərlik etməsini istəyir. Pirlonun köməkçisinin “Sassuolo” ilə görüşdə də komandaya rəhbərlik etməsi istisna deyil.

Qeyd edək ki, Tudor əvvəllər “Yuventus”un futbolçusu olub.