23:13 10-05-2021
news_image
157
FUTBOL

Fernando Yerronu komandasına gətirir - Ronaldo

İspaniyanın “Valyadolid” klubunun baş məşqçisi postuna namizəd müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu posta “Real”ın əfsanəsi Fernando Yerro gətirilə bilər.

Mütəxəssisin xidmətində klubun sahibi olan Ronaldo şəxsən maraqlıdır. O, hazırkı baş məşqçi Serxio Qonzalesi Yerro ilə əvəz etmək istəyir.

Qeyd edək ki, La Liqanın XXXV turundan sonra “Valyadolid” 17-ci sırada qərarlaşıb.