00:01 11-05-2021
news_image
340
FUTBOL

Hamısı gerilədi – “Qarabağ” 1, “Neftçi” 5 pillə

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 459 klubu yer alıb.

Azərbaycanın üç komandası da siyahıya daxil edilib. Lakin təmsilçilərimizin hamısı geriləyib.

Ölkəmizin ən yaxşı klubu “Qarabağ” 98-ci pillədə qərarlaşıb. 202 xala malik ağdamlılar 1 addım geri düşüb.

34 xala malik olan “Qəbələ” daha çox – 7 mövqe itirib. Təmsilçimiz qitədə 259-cudur. 

“Neftçi” Avropada 334-cüdür. Bakılıların aktivində 14 xalı var. Paytaxt təmsilçisi 5 pillə geriləyib.

Qeyd edək ki, cədvələ “Real” başçılıq edir. İspaniya nəhənginin 2509 xal var.