18:02 10-05-2021
news_image
132
FUTBOL

“Mançester Yunayted”dəki taleyinə aydınlıq gəldi - Kavaninin

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Edinson Kavaninin gələcək taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, uruqvaylı hücumçu karyerasını Premyer Liqa təmsilçisində davam etdirəcək.

34 yaşlı futbolçu və Mançester klubu müqaviləni uzatmaq barədə razılıq əldə edə bilib. Yeni anlaşma 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kavani “Mançester Yunayted”də keçirdiyi 35 oyunda 25 qol vurub.