10:21 11-05-2021
news_image
1092
FUTBOL

“Səbail”in qapıçısı “Qarabağ”da? – iddialı klub istəyir

“Səbail”in qapıçısı Nikolas Hagen mövsümün sonunda komandasını dəyişməyi düşünür.

Apasport.az saytının məlumatına görə, bu iddia ilə Qvatemala mətbuatı çıxış edib.

Bildirilib ki, “Səbail”də yaxşı təcrübə toplayan 25 yaşlı qolkiper artıq daha iddialı komandada oynamaq niyyətindədir. Onun Azərbaycan Premyer Liqasının digər təmsilçilərinin də diqqət mərkəzində olduğu vurğulanıb.

Qvatemalalı həmkarlarımız hətta milli üzvünün “Qarabağ”a keçidini də istisna etməyiblər. Xəbərdə Ağdam klubunun azarkeşlərinin Hageni komandalarında görmək istədiyi vurğulanıb: “Azərbaycan çempionatında son vaxtların ən titullu komandası “Qarabağ”ın azarkeşləri Hagenə dəstək mesajları yazırlar. Hətta onun “Qarabağ” formasını geyinməsini istəyirlər”.

Hagenin Azərbaycanda iddialı komandalardan birinə keçməyəcəyi təqdirdə, Avropada qalacağı və başqa ölkələrdən gələn təklifləri dəyərləndirəcəyi vurğulanıb.

Qeyd edək ki, Nikolas Hagen “Səbail”ə ötən ilin yayında ölkəsinin “Munisipial” klubundan keçib.