10:31 11-05-2021
news_image
131
FUTBOL

Daha bir klub tərk etdi – Premyer Liqanı

İngiltərə Premyer Liqasının XXXV turunda “Bernli”ni qəbul edən “Fulhem” 0:2 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, bu nəticə London təmsilçisinin elitanı tərk etməsinə səbəb olub. Çünki hazırda 18-ci pillədə qərarlaşan “Fulhem”in aktivində 27 xal var və komanda sona 3 tur qalmış 17-ci yerdəki “Sauthempton”dan 10 xal geri qalır. Bu isə o deməkdir ki, Skott Parkerin çalışdırdığı kollektiv gələn mövsüm Çempionşipdə çıxış edəcək.

Qeyd edək ki, “Fulhem”ə qədər “Vest Bromviç” və “Şeffild Yunayted”in də Premyer Liqanı tərk edəcəyi rəsmiləşib.