12:07 11-05-2021
news_image
1691
FUTBOL

Mahir Emreli niyə “Legiya”nı seçdi? - SƏBƏB

“Qarabağ”ın hücumçusu Mahir Emreli Varşava “Legiya”sı ilə müqavilənin şərtlərini razılaşdırıb.

Apasport.az xəbər verir ki, bu barədə legia.net nəşri məlumat yayıb.

Bildirilib ki, Azərbaycan millisinin üzvü ilə danışıq aparan Polşa çempionunun idman direktoru Radoslav Kuçarski onunla ortaq məxrəcə gəlib. Danışıqların son mərhələdə olduğu, yalnız xırda detalların müzakirəsindən sonra münasibətlərin rəsmiləşdiriləcəyi vurğulanıb. 24 yaşlı oyunçunun yeni komandasında illik maaşının 300 min avro olacağı yazılıb.

Həmkarlarımız Mahirin “Legiya”nı seçmə səbəbini də açıqlayıb: “Emrelinin masada bir necə təklifi var. Ancaq “Legiya” ona ən uyğun variantdır. Baxmayaraq ki, Rusiya və Almaniyadan gələn təkliflər maddi cəhətdən daha yaxşıdır. Azərbaycanlı hücumçu Qərbi Avropaya yaxın bir klubda oynamaq və bir-iki il sonra daha yaxşı komandaya keçmək istəyir. Ən vacib məqam odur ki, bu keçid “Legiya”ya havayı başa gələcək. Çünki futbolçunun “Qarabağ”la müqavilə müddəti yayda bitir”.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm Premyer Liqada 17 qola imza atıb.