22:25 11-05-2021
news_image
249
AVRO-2020

Ən yaxşı mərkəz müdafiəçiləri – AVRO-2020-də

AVRO-2020-yə yollanması gözlənilən ən yaxşı mərkəz müdafiəçilərin adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya 20 futbolçu salınıb.

Komandalarda müdafiənin dirəyi sayılan “20-liy”ə İspaniya yığmasının kapitanı Serxio Ramos başçılıq edir. Portuqaliyalı Ruben Diaş ikinci sırada qərarlaşıbsa, “Real”da Ramosla çiyin-çiyinə çıxış edən fransalı Rafael Varan ilk “üçlüy”ü qapayır.

Avropa çempionatına qatılacaq 24 komandadan yalnız Portuqaliya, Fransa, Niderland, İngiltərə, Belçika və Türkiyə yığmasının hər iki mərkəz müdafiəçisi ən yaxşılar sırasına düşüb.

1. Serxio Ramos - İspaniya
2. Ruben Diaş – Portuqaliya
3. Rafael Varan – Fransa
4. Mattiys de Liqt – Niderland
5. Con Stonz – İngiltərə
6. Milan Şkrinyar – Slovakiya
7. Tobi Alderveyreld – Belçika
8. Presnel Kimpembe – Fransa
9. Pepe – Portuqaliya
10. Niklas Süle – Almaniya
11. Stefan de Vriy – Niderland
12. Yan Vertongen – Belçika
13. Harri Maquayr – İngiltərə
14. Alessandro Bastoni – İtaliya
15. Çağlar Söyüncü – Türkiyə
16. Simon Kyaer – Danimarka
17. Manuel Akanji – İsveçrə
18. Martin Hinteregger – Avstirya
19. Merih Demiral – Türkiyə
20. Villi Orban - Macarıstan

Qeyd edək ki, Bakı da daxil olmaqla qitənin 11 şəhərində keçiriləcək AVRO-2020 11 iyun – 11 iyul tarixlərində baş tutacaq.