12:43 11-05-2021
news_image
226
FUTBOL

Həyat yoldaşı və uşaqlarını bağlayıb, evini qarət etdilər – israilli futbolçunun

Niderlandın PSV klubunun yarımmüdafiəçisi Eran Zahavi xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, israilli futbolçu klubun bazasında olarkən evi qarət olunub.

Soyğunçular 34 yaşlı hücumameyilli oyunçunun evinə girərək, həyat yoldaşı ilə uşaqlarının əllərini və ağzını bağlayıblar. Bundan sonra qiymətli əşyaları və pulları götürərək yoxa çıxıblar. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, bu yaxınlarda “Benfika”nın müdafiəçisi Yan Vertongenin də ailəsi soyğunçular tərəfindən hədələnib.