21:31 11-05-2021
news_image
150
FUTBOL

400-cü oyunu – “Qalatasaray”da

Türkiyə Super Liqasının 41-ci turunda “Dənizlispor”la səfər oyunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, “cim-bom” 67 yaşlı mütəxəssisin rəhbərliyi altında ölkə çempionatında 400-cü matçına çıxıb.

Terim 1996-cı ildən 4 müxtəlif dönəmdə “sarı-qırmızılılar”ın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında keçirdiyi 399 görüşün 251-də qələbə qazanıb, 91-də heç-heçə edib, 57 məğlubiyyət alıb. Bu oyunlarda 831 qol vuran İstanbul təmsilçisi özü 374 dəfə mərkəzə dəvət olunub.

Fatih Terim “Qalatasaray”a 8 dəfə Super Liqa çempionluğunu, 3 dəfə Türkiyə kubokunu, 3 dəfə Türkiyə Superkubokunu, 1 dəfə də UEFA Kubokunu qazandırıb.