13:04 11-05-2021
news_image
183
AVRO-2020

AVRO-2020-ni buraxacaq – diz bağları qopdu

Daha bir futbolçu AVRO-2020-ni buraxacaq.

Apasport.az saytının məlumatına görə, Çexiya millisinin yarımmüdafiəçisi Lukaş Provod qitə birinciliyinə aparılmayacaq.

Buna səbəb 24 yaşlı pleymeykerin diz bağlarının qopmasıdır. “Slaviya”nın oyunçusu yaxın günlərdə əməliyyat olunacaq. Çexiya yığmasının heyətində 7 oyun keçirən və 1 qol vuran Provod uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, 11 iyun – 11 iyul aralığında keçiriləcək Avropa çempionatında Çexiya yığması Xorvatiya, İngiltərə və Şotlandiya ilə eyni qrupda yer alacaq.