13:09 11-05-2021
news_image
209
FUTBOL

"Neftçi"nin ilk təklifi ilə razılaşmadı, 150 min istədi - ukraynalı müdafiəçi

“Neftçi” Anton Krivotsyuka yeni müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi mövcud sözləşməsi gələn ay başa çatacaq milliləşdirilmiş müdafiəçi ilə 2+1 illik kontrakt bağlamaq niyyətindədir.

Lakin klub rəhbərliyinin irəli sürdüyü son şərtlər yığmanın üzvünü razı salmayıb. Bir neçə ildir “ağ-qara” formanı geyinən ukraynalının tələbləri daha yüksəkdir.

Onun üzərində dayandığı illik məbləğ 150 min dollardır. “Neftçi” rəhbərliyi isə bu vəsaiti ödəməyə tələsmir. Hər halda Antona qiymət məsələsində yekun qərar verməsi üçün zaman verilib.

Məqsəd Krivotsyukun güzəştə gedib-getməyəcəyini dəqiqləşdirməkdir. Çünki onlarda belə bir məlumat var ki, 22 yaşlı müdafiəçi ilə Premyer Liqanın başqa təmsilçiləri ilə maraqlanır (sportinfo.az).