13:42 11-05-2021
news_image
181
FUTBOL

“Mövsüm bitdikdən sonra qərar verəcəyəm” - Təmkin Xəlilzadədən “Neftçi” açıqlaması

“Bir neçə gündür mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın müdafiəçisi Təmkin Xəlilzadə instaqram səhifəsindəki paylaşımında yazıb.

Azərbaycan millisinin futbolçusu mövsümün sonunda komandasını dəyişəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 28 yaşlı sol cinah oyunçusu məsələyə belə aydınlıq gətirib: “Hazırda “Sabah”la davam edən müqaviləm var. Bu səbəbdən hər hansı bir klubla danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan uzaqdır. İndiki halda yalnız üzvü olduğum klubun oyunlarına köklənmişəm”.

Buna baxmayaraq, Xəlilzadə yayda “Sabah”dan ayrılacağını istisna etməyib: “Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra götür-qoy edib qərar verəcəyəm və qərarımı sizə ilk olaraq mən xəbər edəcəyəm”.

Qeyd edək ki, Təmkinin “Neftçi” ilə anlaşdığı bildirilir.