00:42 12-05-2021
news_image
316
AVRO-2020

1-dən 10-a - AVRO-2020-nin ən dəyərli yığmaları

AVRO-2020 ilə bağlı araşdırmalar davam edir.

Apasport.az saytının məlumatına görə, bu dəfə qitə birinciliyinə qatılacaq yığmaların ümumi dəyəri və transfer qiyməti ən baha olan futbolçuları müəyyənləşib.

Bu baxımdan İngiltərə millisi hamını qabaqlayır. İlk “10-luğ”un açıqlandığı siyahıya başçılıq edən ingilislərin futbolçularının ümumi dəyəri 1 milyard 260 milyon avrodur. Britaniya təmsilçisi 1 milyardı keçən yeganə komandadır.

O ki qaldı futbolçulara, AVRO-2020-nin ən bahalı siması Fransa millisinin hücumçusu Kilian Mbappedir. Gənc forvardın transfer dəyəri 162 milyon avro olaraq göstərilib. Rahim Sterlinq və Kevin De Bruyne də 100 milyondan bahadır.

1. İngiltərə - 1 milyard 260 milyon avro
50 milyondan baha futbolçusu: 6
100 milyondan baha futbolçusu: 3
Ən bahalı futbolçusu: Rahim Sterlinq – 115 milyon

2. Fransa – 932 milyon
50 milyondan baha futbolçusu: 8
100 milyondan baha futbolçusu: 1
Ən bahalı futbolçusu: Kilian Mbappe – 162 milyon

3. İspaniya – 758 milyon
50 milyondan baha futbolçusu: 5
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Ansu Fati – 72 milyon

4. Portuqaliya – 686 milyon
50 milyondan baha futbolçusu: 4
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Joao Feliks – 72 milyon

5. Almaniya – 664 milyon
50 milyondan baha futbolçusu: 7
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Serj Qnabri – 81 milyon

6. Belçika – 616 milyon
50 milyondan baha futbolçusu: 4
100 milyondan baha futbolçusu: 1
Ən bahalı futbolçusu: Kevin De Bruyne – 108 milyon

7. İtaliya – 591 milyon
50 milyondan baha futbolçusu: 2
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Canluici Donnarumma – 54 milyon

8. Niderland – 422 milyon
50 milyondan baha futbolçusu: 4
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Vircil van Deyk – 72 milyon

9. Xorvatiya – 318 milyon
50 milyondan baha futbolçusu: 0
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Mateo Kovaçiç – 41 milyon

10. Danimarka – 263 milyon
50 milyondan baha futbolçusu: 0
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Kristian Eriksen – 45 milyon