22:38 11-05-2021
news_image
159
FUTBOL

Qərarını açıqladı - Buffon

“Yuventus”un qapıçısı Canluici Buffon gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, 43 yaşlı qolkiper mövsümün sonunda sevimli komandası ilə yollarını ayıracaq.

Veteran qapıçının yeni müqavilə imzalaması gözlənilsə də, İtaliya millisinin sabiq üzvü bunu təkzib edib. O, qısa açıqlamasında yayda “Yuventus”dan ayrılacağını bildirib: “Mövsümün sonunda “Yuventus”dan ayrılmağa qərar verdim”.

Qeyd edək ki, birillik PSJ macərasını (2018/19) saymasaq, Buffon 2001-ci ildən “Yuventus”un formasını geyinir.