16:42 11-05-2021
news_image
106
FUTBOL

İbrahimoviçsiz qaldı – “Milan”

“Milan” hücumçusu Zlatan İbrahmoviçdən məhrum qalıb.

Apasport.az saytının məlumatına görə, bunu “rossonyerlər”in baş məşqçisi Stefano Pioli açıqlayıb.

O, isveçli superulduzun qarşıdakı iki matçı buraxacağını söyləyib: “Zlatan “Torino” və “Kalyari” ilə qarşıdakı iki oyunda iştirak etməyəcək. Son turda iştirakı isə sual altındadır. Hadisələrin necə inkişaf edəcəyi onun sağalma prosesindən asılıdır”.

Qeyd edək ki, Zlatan İbrahimoviç A seriyasının XXXV turunda “Yuventus”la görüşdə (3:0) zədələnib.