17:00 11-05-2021
news_image
3202
FUTBOL

“Qarabağ”a icarə təklifi - İspaniyadan

“Qarabağ”ın hücumçusu Ovusu Kvabena yenidən İspaniyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard adıçəkilən ölkədən təklif alıb.

La Liqa-2 təmsilçisi “Mirandes” Qana millisinin futbolçusunun keçidində maraqlıdır. Çempionatda 9-cu pillədə qərarlaşan mirandalılar növbəti mövsüm üçün hücum xəttini məhz Kvabena ilə gücləndirmək niyyətindədir.

Aşağı liqa təmsilçisi “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan forvardı yayda birillik icarəyə götürmək üçün ağdamlılara təklif göndərəcək.

Ovusu Kvabenanın karyerasının böyük hissəsi məhz İspaniya ilə bağlıdır. Futbolçu bu ölkədə  “Toledo”, “Leqanes”, “Ovyedo”, “Kartagena”, “Salamanka” və “Kordoba”nın formasını geyinib. O, “Qarabağ”a ötən ilin yanvarında “Leqanes”dən keçib.

Qeyd edək ki, Kvabena cari mövsüm Premyer Liqada 6 qola imza atıb.