17:52 11-05-2021
news_image
131
FUTBOL

Yeni müqaviləyə hazırdır - kapitan

“Mançester Siti”nin kapitanı Fernandinyo qərarını dəyişib.

Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl komandadan ayrılacağı deyilən braziliyalı orta sahə oyunçusu ən azı daha bir mövsüm “şəhərlilər”də qalacaq.

36 yaşlı “sambaçı” mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmaq qərarına gəlib. Fernandinyo bir neçə təklif almasına baxmayaraq, hələ də yüksək səviyyədə oynamaq iqtidarında olduğu üçün yeni sazişə razılıq verib. Rəhbərlik isə onu saxlamaqla yanaşı, həmin mövqeyə daha bir oyunçu almağı planlaşdırır.

Qeyd edək ki, Fernandinyo 2013-cü ildən “Mançester Siti”nin şərəfini qoruyur.