23:32 11-05-2021
news_image
236
FUTBOL

“Beşiktaş”la “Fənərbaxça” uduzdu, “Qalatasaray” qələbə qazandı – çempionluq son tura qaldı

Türkiyə Super Liqasında 41-ci turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, çempionluq uğrunda mübarizə aparan üç komandadan ikisi son tur öncəsi büdrəyib.

Lider “Beşiktaş” doğma meydançasında “Fatih Karagümrük”ə məğlub olub. Qonaqlar ikinci hissədə meydanda azlıqda qalsa belə, son dəqiqələrdə fərqlənərək, 2:1 hesablı qələbə qazanıb.

İkinci yerin sahibi “Fənərbaxça” da öz meydanında uduzub. “Sarı-lacivərdlilər” “Sivasspor”un iki qoluna son dəqiqələrdə təsəlli topu ilə qarşılıq verə bilib – 1:2.

“Dənizlispor”un qonağı olan “Qalatasaray” isə əlinə düşən fürsəti qaçırmayıb. “Cim-bom” Dənizlidə böyükhesablı qələbəyə (4:1) sevinib.
 
Bu nəticələrdən sonra turnir cədvəlində “Fənərbaxça”nı geridə qoyan “Qalatasaray” 81 xalda qalan lider “Beşiktaş”la fərqi aradan qaldırıb. Onlardan 2 xal geri qalan “Fənərbaxça” 3-cü yerə yuvarlanıb.

Bundan başqa, “Dənizlispor”un ardından “Ərzurumspor” və “Ankaragücü”nün də elitanı tərk edəcəyi dəqiqləşib.

Qeyd edək ki, Super Liqada son turun oyunları mayın 15-də keçiriləcək.