10:07 12-05-2021
news_image
93
FUTBOL

Tokio-2020-də - azərbaycanlı hakim

Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib. 

Azərbaycan Karate Federasiyasından apasport.az saytına verilən məlumata görə, beynəlxalq dərəcəli hakimimizin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi bu qərara gəlib. 

Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, Əməkdar məşqçi, eləcə də "Qaraqaplan" klubunun baş məşqçilərindən biri Cahangir Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçilib.

O həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda 1-ci Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə C.Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.

Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var.