11:33 12-05-2021
news_image
83
FUTBOL

“İnter”, “Latsio” və “Fənərbaxça” – dünya çempionunun “elçi”ləri

İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, fransalı hücumçu A seriyasının iki klubunun maraq dairəsindədir.

“İnter” və “Latsio” təcrübəli forvardı heyətinə qatmaq istəyir. Bu yay müqaviləsi başa çatacaq Olivye yeni komandasına azad agent kimi qoşula bilər. Fransa millisi ilə dünya çempionu olan forvardı Türkiyə təmsilçisi “Fənərbaxça” da heyətinə qatmaq istəsə də, forvardın “Böyük beşlik” liqalarına üstünlük verəcəyi gözlənilir.

Qeyd edək ki, Olivye cari mövsümün 28 oyununda 11 qol vurub.