14:04 12-05-2021
news_image
325
FUTBOL

4 azərbaycanlı futbolçuya pul verəcək - FİFA

FİFA klubundan maaşını ala bilməyən futbolçulara 5 milyon ABŞ dolları ayırıb.

Apasport.az saytının məlumatına görə, maliyyə yardımı qurumun Futbolçular fonduna müraciəti qəbul olunan 1005 oyunçuya veriləcək.

Bu futbolçular dünyanın 36 ölkəsini təmsil edir. Onlar arasında Azərbaycanın 4 təmsilçisi var.

Bunlar 2015-ci ilin iyulundan 2020-ci ilin iyununa qədər olan 5 illik müddətdə zərərçəkən futbolçulardır. 109 klubu təmsil edən oyunçuların adları açıqlanmır.

Qeyd edək ki, FİFA fonda ümumilikdə 16 milyon dollar ayırıb.