14:35 12-05-2021
news_image
278
AVRO-2020

AVRO-2020-ni buraxacaq – özü təsdiqlədi

Niderland millisinin və “Liverpul”un futbolçusu Vircil van Deykin AVRO-2020-ni buraxacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, ötən ilin oktyabrından zədəli olan müdafiəçinin özü də bunu təsdiqləyib.

O, buna çox üzüldüyünü açıqlayıb: “Son mərhələdə AVRO-2020-də oynamağımı müəyyənləşdirməli idim. Durumumu nəzərə alaraq yarışa getməməyə qərar verdim. Son bərpa prosesini mövsümlərarası dövrdə başlamağım daha düzgündür. Avropa çempionatını buraxacağıma çox məyusam. Amma bunu qəbul etmək lazımdır”.