22:55 12-05-2021
news_image
139
FUTBOL

Çin, ABŞ, Rusiya – tamaşaçı sayında öndə

Koronavirus pandemiyası üzündən əksər ölkələrdə tamaşaçıların stadionlara buraxılmadığı vaxtda ən çox azarkeş toplayan stadionların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ilk sırada Çinin “Quançjou” stadionu qərarlaşıb.

Cari mövsümün göstəricilərinə əsasən bu arenada orta tamaşaçı sayı 28 min 59-a bərabərdir. ABŞ-dakı “Atlanta Yunayted” stadionunda isə bu rəqəm 20 min 335-dir. 

Lakin hər iki liqada mövsüm yeni başlayıb. Bu üzdən arenalar cəmi bir neçə oyun qəbul edib.

İlk “üçlüy”ü Rusiyadakı “Qazprom Arena” qapayır. Sankt-Peterburqdakı stadion Avropada 1-cidir – 18 min 937.