15:18 12-05-2021
news_image
119
FUTBOL

Premyer Liqa yolunda - İnzaqi

İtaliyanın “Latsio” klubunun baş məşqçisi Simone İnzaqi karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, mütəxəssis Premyer Liqa klublarının hədəfindədir.

“Lester” və “Tottenhem” İnzaqini baş məşqçi postuna gətirməyi planlaşdırır. “Tülkülər” hazırkı çalışdırıcısı Brendan Rocersi komandanı tərk edəcəyi halda italiyalı ilə danışıqlara başlayacaq.

London təmsilçisi isə İnzaqini potensial baş məşqçi gözü ilə baxır. Amma “Latsio” rəhbərliyi də mütəxəssisi itirmək istəmir. Romalılar çalışdırıcı ilə yeni müqavilə imzalamağa hazırlaşır. Lakin komanda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, İnzaqi klubdan ayrılmaq istəyəcək.