15:31 12-05-2021
news_image
107
FUTBOL

Kuman qovulacaq? – rəhbərlik narazıdır

İspaniyanın “Barselona” klubunun rəhbərliyi baş məşqçi Ronald Kumandan narazıdır.

Apasport.az saytının məlumatına görə, direktorlar şurasının üzvlərinin əksəriyyəti niderlandlı mütəxəssisi La Liqadakı uğursuzluqların səbəbkarı hesab edir.

Onlar hazırkı heyətin daha keyfiyyətli oyun göstərə biləcəyini, lakin mütəxəssisin işinin qənaətbəxş olmaması qənaətindədir. Lakin klub prezidenti Joan Laporta baş məşqçi istefası ilə tələsməməyə qərar verib. O, Kumanın taleyinə mövsümün sonunda aydınlıq gətirməyi lazım bilib.