00:00 13-05-2021
news_image
126
TOP OYUNLARI

Yığmamızın oyunlarının hakimləri – AVRO-2021-də

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki son oyunlarının hakimləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, yığmamızın yer aldığı F qrupunun II dövrəsinin matçlarına təyinatlar açıqlanıb.

Monteneqroda təşkil olunacaq oyunlarda yığmamızın görüşlərinə Serbiya, Rumıniya və İtaliyadan olan ədalət təmsilçiləri təyinat alıb. Serb Vladimir Simonoviç komandamızın hər üç matçında iş başında olacaq.

Qeyd edək ki, Monteneqro, Yunanıstan və Gürcüstanla eyni qrupda yer alan yığmamız I dövrədən sonra 3 xalla 3-cü yerdə qərarlaşıb.

AVRO-2021-in seçmə mərhələsi
F qrupu, II dövrə
IV tur, 14 may
20:00.Monteneqro - Azərbaycan
Hakimlər:
Vladimir Simonoviç (Serbiya), Boqdan Laurentiu Stoyka (Rumıniya)
Podqoritsa. “Verde” İdman Kompleksi

V tur, 15 may
17:00. Yunanıstan – Azərbaycan
Hakimlər:
Simone Santi (İtaliya), Vladimir Simonoviç (Serbiya)
Podqoritsa. “Verde” İdman Kompleksi

VI tur, 16 may
17:00. Azərbaycan – Gürcüstan
Hakimlər:
Vladimir Simonoviç (Serbiya), Boqdan Laurentiu Stoyka (Rumıniya)
Podqoritsa. “Verde” İdman Kompleksi

Qeyd edək ki, oyunların başlama saatı yerli vaxtla göstərilib.