18:01 12-05-2021
news_image
106
FUTBOL

Zədələndi - “Barselona”nın müdafiəçisi

İspaniyanın “Barselona” klubu itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisinin müdafiəçisi Serci Roberto zədələnib.

29 yaşlı futbolçunun sağ ayağındakı əzələsi xəsarət alıb. Onun durumuna yaxın günlərdə müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, cari mövsüm La Liqada 11 matça çıxan futbolçu 1 qol vurub.