10:43 13-05-2021
news_image
474
AVRO-2020

Zamana qarşı yarışan zədəlilər – AVRO-2020

AVRO-2020-nin startına artıq bir aydan az müddət qalıb.

Apasport.az saytının məlumatına görə, bir neçə ulduz futbolçunun qitə birinciliyini buraxacağı dəqiqdirsə, bəzilərinin də durumu qeyri-müəyyən olaraq qalır.

Üstəlik, ölkədaxili yarışlar davam etdiyindən, zədəlilərin sayı artır. Bu mənada Avropa çempionatının bəzəyi ola biləcək bəzi ulduz futbolçular hazırda zamana qarşı yarışırlar. Bəs zədə ucbatından AVRO-2020-ni buraxmaq təhlükəsi ilə üzləşən oyunçular kimlərdir? 13 nəfərdən ibarət həmin siyahıya nəzər yetirək.

1. Aksel Vitsel - Belçika
2. Yulian Baumqartlinger – Avstriya
3. Korentin Tolisso – Fransa
4. Ferlan Mendi – Fransa
5. Leon Qoretska – Almaniya
6. Co Qomes – İngiltərə
7. Ansu Fati – İspaniya
8. Dris Mertens – Belçika
9. Dani Karvahal – İspaniya
10. Marko Verratti – İtaliya
11. Serxio Ramos – İspaniya
12. Zlatan İbrahimoviç – İsveç
13. Cordan Henderson – İngiltərə