15:16 13-05-2021
news_image
158
FUTBOL

Futbolçular cəzalandırılacaq – koronavirus protokolunu pozduğu üçün

“İnter”in bəzi futbolçuları koronavirusla bağlı protokolu pozub.

Apasport.az saytının məlumatına görə, konkret olaraq 4 oyunçu qaydalara əməl etmədiyi üçün cəzalandırılacaq.

Bunlar Romelu Lukaku, Əşrəf Hakimi, İvan Perişiç və Eşlin Yanqdır. Adıçəkilən futbolçular Lukakunun doğum gününü qeyd etmək üçün dünən gecə Milandakı restoranların birində şənlik veriblər. Polis şikayət zəngindən sonra təxminən saat 3-də restorana yollanıb, restoran meneceri də daxil olmaqla 24 nəfəri cərimələyib. Futbolçulara isə xüsusi cəzanın verilməsi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl “Yuventus” futbolçuları bənzər hadisə ilə üzləşiblər.