16:39 13-05-2021
news_image
296
FUTBOL

Etiraz baha başa gəldi – Zidan “qələmini qırdı”

“Real”ın baş məşqçisi Zinəddin Zidan maraqlı addımla diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, heyətdə kifayət qədər itkilər olmasına baxmayaraq, fransalı mütəxəssis müdafiəçi Marselonu “Qranada” ilə oyunun iştirak ərizəsinə salmayıb.

Ferlan Mendi zədəli olduğu üçün La Liqanın XXXVI turundakı görüşdə braziliyalının iştirakı gözlənilsə də, Zidan fərqli seçim edib. Marselo ilə bağlı bu qərarın onun fiziki yorğunluğu ilə əlaqəli olmadığı vurğulanıb. İspaniya mətbuatı Zidanla Marselo arasında mübahisə yaşandığını və bu üzdən futbolçunun heyətdən çıxarıldığını iddia edib. Sol cinah müdafiəçisi ötən turda “Sevilya” ilə görüşün ikinci hissəsində əvəzlənərkən etirazını bildirmişdi.

Qeyd edək ki, bu gün keçiriləcək “Qranada” - “Real” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.