15:44 13-05-2021
news_image
110
FUTBOL

Amerika Kubokundan sonraya qalır – Messinin müqaviləsi

“Barselona”nın kapitanı Lionel Messi klubla yeni müqavilə imzalamağa tələsmir.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz hazırda davam edən danışıqları bir qədər də uzada bilər.

Həmçinin Kataloniya klubunun rəhbərliyi rəsmi müqavilə təklif etmək üçün hazırda klubdaxili yoxlamanın nəticələrini gözləyir. Klub prezidenti Joan Laporta ilk növbədə maddi cəhətdən nəyə qadir olduqlarını dəqiqləşdirmək istəyir. Leo ilə yeni sözləşmənin Amerika Kuboku – 2021-dən sonra bağlanması istisna edilmir. Futbolçunun 11 iyun - 10 iyul aralığında keçiriləcək turnirə yeni müqavilə imzalamadan getmə ehtimalı var.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti iyulun 1-nə qədər olan Lionel Messi cari mövsüm La Liqada 34 oyunda 29 qol vurub, 9 məhsuldar ötürmə verib.